Gulusum

Gulusum Xəbərlər 3-10-2020, 13:30

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı AÇIQLANDI - RƏSMİ

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı AÇIQLANDI - RƏSMİ
“Belə ki, BŞTİ-nin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib".

Loading.az oxu.az a istinaden xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların içində təhsil işçiləri də var:"İnanırıq ki, şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər.

Allah Azərbaycan ordusunu və igid oğullarımızı qorusun!Qarabağ Azərbaycandır!”.

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 336 346 313 306 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.