ABŞ-da yaşayan repçi Orxan Zeynallıdan MÖHTƏŞƏM PAYLAŞIM - FOTO
Bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, hazırda ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı son günlər Azərbaycan-Ermənistan sərhədində başverən döyüşlərlə bağlı fikirlərini ifadə edərək Vətənimizə, hərbçilərimizə və bütün millətimizə dəstəyini bildirib.
Loading.az -ın verdiyi xəbərə görə, bununla bağlı "İntagram" səhifəsində paylaşdığı fotoda repçi artıq dövrün dəyişdiyini, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, insanların "sosial şəbəkə dövrü"ndə bir-birinə daha rahat yardım edə bildiyini, bu səbəbdən də millətimizin dünyanın hər yerindən əsgərlərimizə daha çox dəstək olacağını vurğulayıb:
"Bir şeyi anlamaq lazımdır ki, artıq heç nə 90-lardakı kimi olmayacaq. Birinci Qarabağ müharibəsinin fəsadları ilə illərlə təkbaşına mübarizə aparanlar daha tək qalmayacaq. Daha analar 5-10 manat "Şəhid Pulu" üçün növbələrdə durmayacaq. Daha əlillər səfalət içində, qayğısız yaşamağa məhkum olmayacaq.
Ona görə yox ki, əvvəl xalq yardımsevər deyildi. Yox, qətiyyən! Sadəcə olaraq, dövr dəyişib. Sosial şəbəkələr var. Birlik üçün zəmin yaranıb.
Bu gün Tokiyoda yaşayan bir azərbaycanlı Bərdədə qalan tanımadığı bir ailəyə yardım etmək iqtidarındadır. Çünki kömək əlimizin uzunluğu təşəbbüsümüzlə düz mütənasibdir.
Onlarla gənc heç kimdən göstəriş və ya tapşırıq almadan öz xoşu ilə, gərginlik yaşanan bölgələrə ərzaq daşıyır, orada çəkiliş aparır və s.
Qarabağı görmədən böyüyən nəsil olaraq, başa düşmüşük ki, insan olmaq vətənpərvər olmaqdan bir addım öndə gəlir.
Məktəbdə "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə yaşayan uşaqlar indi yüzminlərlə dollarlıq fondlar yaradır, təşkilatlanır və faydalı olmağa çalışırlar.
Artıq başa düşmüşük ki, həqiqəti, ədaləti dünyadan qabaq öz vicdanımıza çatdırmalıyıq. Və Azadlıq üçün çırpınan ürəklərimizi heç bir düşmən qıra bilməyəcək.
Başda cəbhədəki qardaşlarımız olmaqla, bütün biganə qalmayan soydaşlarımızın Allah yardımçısı olsun.
Hər kəsə sevgilər!"
Orxan Zeynallı "İnstagram" səhifəsinin "Hekayə" bölməsindəki digər paylaşımında ingiliscə maraqlı lətifə yazıb:
"Real həyatda olmayan şeylər:
- Santa Klaus
- Sem dayı
- Ermənistan Tarixi"