HASANLY

HASANLY İdman 3-10-2020, 20:16

"Zirə" və "Neftçi"nin futbolçuları meydana hərbi geyimdə çıxdılar

"Zirə" və "Neftçi"nin futbolçuları meydana hərbi geyimdə çıxdılar
Azərbaycan Premyer Liqasının V turunda üz-üzə gələn "Zirə" və "Neftçi" klubları, həmçinin oyunun hakimləri Ordumuza dəstək məqsədilə meydana hərbi formada çıxıblar.

"Report"un məlumatına görə, formaların üzərində Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarı əks olunub.

Həmçinin tribunanın bir hissəsində Dövlət bayrağı açılıb. Digər hissədə isə "Qarabağ Azərbaycandır" sözləri yazılıb. Start fitindən əvvəl isə Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma saat 16:00-da start götürüb.

"Zirə" və "Neftçi"nin futbolçuları meydana hərbi geyimdə çıxdılar


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 399 394 370 391 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.