HASANLY

HASANLY İdman 3-10-2020, 20:18

Millimizə dəvət alan bombardir zədələndi

Millimizə dəvət alan bombardir zədələndi
"Sumqayıt" klubunun futbolçusu Əli Qurbani "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının V tur matçında zədələnib.

"Report"un məlumatına görə, cənubi azərbaycanlı hücumçu ayağında ağrılar hiss edib. Bu səbəbdən, 30 yaşlı hücumçu 38-ci dəqiqədə yerini Cavid İmamverdiyevə verib.

Qurbani Monteneqro ilə oktyabrın 10-da səfərdə, Kiprlə isə oktyabrın 13-də evdə keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün ilk dəfə Azərbaycan yığmasına dəvət alıb.

Qeyd edək ki, hazırda Qəbələ şəhər stadionunda davam edən qarşılaşmada "Sumqayıt" hesabda öndədir - 1:0. Yeganə topu 26-cı dəqiqədə məhz Əli Qurbani vurub. Bu, "gənclik şəhəri" təmsilçisinin yeni transferinin çempionatda 5-ci qoludur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 448 437 394 390 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.