HASANLY

HASANLY Xəbərlər 4-10-2020, 12:57

Düşmən “Periscope”da da təxribata əl atır

Düşmən “Periscope”da da təxribata əl atır
Düşmən “Periscope”da da təxribata əl atır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın həyata keçirdiyi növbəti təxribatı qeydə alıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfi “Periscope” vasitəsilə canlı yayımlar edərək Azərbaycan xəritəsinin saxtalaşdırılmış versiyasını nümayiş etdirir və Azərbaycanın bir neçə şəhərində müxtəlif ərazilərin Ermənistan ərazisi olduğunu iddia edir.

“Bu məlumat həqiqəti əks etdirmir və mövcud xəritədə heç bir dəyişiklik olunmayıb.

Vətəndaşlarımızdan xahiş olunur ki, bu kimi məlumatlara etimad göstərməsinlər və hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyac olduqda www.cert.az saytı və yaxud [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”, - deyə məlumatda qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
368 363 356 353 377 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.