Луна

Луна İdman 5-10-2020, 14:30

Rusiyalı tennisçi danışılmış oyunda ittiham olunur

Rusiyalı tennisçi danışılmış oyunda ittiham olunur

Rusiyalı tennisçi Yana Sizikova danışılmış oyunda ittiham olunur.

LoaDinG.Az Apasport.az-a istinadən bildirir ki, qadın cütlərin reytinqində dünyanın 91-ci raketkası olan tennisçi ilə bağlı istintaq başlayıb.

Hazırda davam edən "Rolan Qarros" turnirində ABŞ təmsilçisi Medison Brenql ilə cütdə mübarizə aparan rusiyalı Fransa polisinin şübhələrinə səbəb olub. Sizikovanın yer aldığı cüt 1-ci mərhələdə rumıniyalılar Andrea Mitu və Patrisiya-Mariya Siqə uduzub - 6:7, 4:6.

Müstəntiqlər ikinci setin 5-ci qeymində iki dəfə ikiqat səhvə yol verib. Hərçənd həmin vaxt Mitu-Siq cütünün geymdəki qələbə əmsalı cütlərin mübarizəsi üçün inanılmaz əmsallara - bir neçə yüz minə qalxıb.

Qeyd edək ki, 25 yaşlı Sizikova WTA kateqoriyalı 1, ITF bayrağı altında 43 turnirin qalibidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
405 400 372 444 409 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.