Gulusum

Gulusum Xəbərlər 8-10-2020, 15:00

Döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir - Yaponiyalı professor

Döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir - Yaponiyalı professor
Yaponiyanın geniş auditoriyaya malik olan Asahi ABC telekanalında Dağlıq Qarabağda cərəyan edən hadisələrə dair xüsusi buraxılış yayımlanıb.

Loading.az Metbuat.az a istinaden xəbər verir ki, veriliş zamanı, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hal-hazırki silahlı qarşıdurma və onun səbəbləri haqqında geniş məlumat verilib.

Verilişə əsas qonaq qismində dəvət olunmuş Yaponiyanın Keio Universitetin professoru Yoko Hirose bildirib ki, hazırda bölgədə gedən hərbi əməliyyatların səbəbi Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni təşkil edən Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal etməsidir.

Professor vurğulayıb ki, döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. O bildirib ki, mütəmadi olaraq Ermənistanın təxribatlarına məruz qalan Azərbaycan beynəlxalq hüquq və prinsiplərə görə öz torpaqlarını düşmən işğalından azad etmək hüququna malikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 416 356 375 403 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.