Mələy0001

Mələy0001 Azərbaycan 11-10-2020, 14:59

Hikmət Hacıyev: Atəşkəs məsələsində vasitəçilik edən təşkilatlar Ermənistanın hərəkətlərinə qiymət verməlidir

Hikmət Hacıyev: Atəşkəs məsələsində vasitəçilik edən təşkilatlar Ermənistanın hərəkətlərinə qiymət verməlidir
“Ermənistan hökuməti bir tərəfdən humanitar atəşkəsdən danışır, digər tərəfdən Azərbaycanın mülki əhalisinə qarşı hücuma keçir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı beynəlxalq ictimayyət özü qiymət verməlidir:

“Dünən humanitar atəşkəs adı altında Azərbaycan silahlı qüvvələrinin nümayəndələri Madagiz istiqamətindən ermənilərin cəsədlərini toplayıb, təhvil vermək istəyəndə onlar atəşə tuturlar. Bu nədən xəbər verir? Atəşkəs istiqamətində vasitəçilik edən təşkilatlar buna qiymət verməlidir”.

“Azərbaycan öz hüquqlarını özündə saxlayır ki, silahlı qüvvələrimizə və mülki əhaliyə hücumlar olduğu təqdirdə legitim hərbi hərəkətlərlə tədbirlər görmək iqtidarındadır. Bu hüquq tam biz məxsusdur”, - deyə H.Hacıyev qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 563 590 537 525 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.