Gulusum

Gulusum Xəbərlər 12-10-2020, 15:17

İran XİN Ermənistanın atəşkəs rejiminə əməl etməməsini PİSLƏDİ

İran XİN Ermənistanın atəşkəs rejiminə əməl etməməsini PİSLƏDİ
İran Ermənistanın atəşkəsi pozaraq Azərbaycan şəhərlərinin həyati infrastrukturuna, yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib.

Loadintg.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xəribzadə Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasına münasibət bildirərək qeyd edib ki, İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında baş verən son qarşıdurmalardan sonra elan edilmiş atəşkəsin pozulmasına görə təəssüflənir:

"İran İslam Respublikası tərəfləri daha təmkinli olmağa çağıraraq, şəhərlərin həyati infrastrukturuna və yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyir və həlak olanların ailələrinə başsağlığı verir”.

Səid Xətibzadə bildirib ki, İran İslam Respublikası tərəfləri bir daha atəşkəsə riayət etməyə və beynəlxalq hüquq normaları çərçivəsində danışıqları davam etdirməyə, bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə və işğal altındakı şəhərlərin boşaldılmasına çağırır və bu istiqamətdə bölgədə sülh və davamlı həll yoluna nail olmaq üçün danışıqları asanlaşdırmağa hazır olduğunu bəyan edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 309 296 334 317 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.