ÊLfidÂ

ÊLfid Mətbəx 14-10-2020, 13:00

Lavaşda ətli börək resepti

Lavaşda ətli börək resepti

Lazım olan məhsullar:

- 2 dənə iri lavaş
- 300 qr farş
- 2 soğan
- 100 qr bərk pendir (məsələn, holland pendiri)
- 2 xörək qaşığı tomat pastası
- 3 yumurta
- 250 qr xama
- duz, istiot

Hazırlanması:

1. Soğanı xırda doğrayın və bitki yağında qızardın.
2. Tavaya farş əlavə edin, qarışdıra-qarışdıra hazır olana kimi qızardın.
3. Ətə duz, istiot, tomat pastasını vurun, yaxşı qarışdırın, bir neçə dəqiqə ərzində bişirn.  
4. Pendiri sürtgəcin iri gözündən keçirin.
5. Lavaşın birini açın, üzərinə ətin yarısını qoyun, pendir səpin, 3 xörək qaşığı xama tökün, rulet formasında bükün. İkinci lavaşla da bunları edin.
6. Yumurtanı xama ilə birkikdə yaxşı qarşdırın, duz əlavə edin, yenə qarışdırın.
7. Formaya yağ çəkin. Lavaşları spiral formasında qoyun.
8. Ruletlərin üzərinə ehtiyatla yumurtalı-xamalı kütləni tökün.
9. Sobanı əvvəlcədən 200 C kimi qızdırın. Böreyi qızılı rəng alana kimi 20-30 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 550 506 415 467 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.