Gulusum

Gulusum Xəbərlər 16-10-2020, 12:00

Erməni xüsusi təyinatlıları döyüşdən imtina edir

Erməni xüsusi təyinatlıları döyüşdən imtina edir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana qarşı döyüşə getməkdən imtina edir.

LoaDinG.az-ın məlumatına görə, son günlər Ermənistanda xaotik vəziyyət yaranıb. Belə ki, İrəvanda əsas müdafiə qüvvəsi olaraq döyüşlərə qatılması gözlənilən erməni xüsusi təyinatlıları açıq şəkildə müharibədən çəkinir.

Döyüşdən qaçanlar barədə sərt cəza tədbirləri görülür. Onlara cinayət işinin açıldığı, bəzilərinin təcridxanada işgəncələrə məruz qaldığı deyilir.

Qarabağda müharibə başlayandan bəri İrəvandakı gizli xidmətlər artıq 3000-ə yaxın fərarini müəyyən edib. Barələrində axtarış elan edilən şəxslər vətənə xəyanətdə ittiham olunurlar.

Xüsusi təyinatlıların Qarabağda döyüş meydanından qaçmasının pərdəarxası məqamları da məlum olub. Ehtimal edilir ki, bir neçə ay əvvəl MTX-nin rəhbəri təyin edilmiş 29 yaşlı Arqişti Karamyan məhz bu səbəbdən işdən kənarlaşdırılıb. Baş nazir Nikol Paşinyan buna görə Karamyanı bağışlamayıb və dərhal onu vəzifədən uzaqlaşdırmaq qərarına gəlib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
535 420 468 425 406 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.