Луна

Луна Mətbəx 20-10-2020, 13:30

Möhtəşəm İkili- Makaron Salatı

Möhtəşəm İkili- Makaron Salatı

Tərkibi:

1 paket tərəvəzli burğu makaron
1 stəkan konservləşdirilmiş tərəvəz qarışığı
6 ədəd xiyar turşusu
1/4 dəstə şüyüd
1/2 stəkan xama
1 stəkan qatıq
1 xörək qaşığı mayonez
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı nanə qurusu
1 çay qaşığı duz

Hazırlanma qaydası:

1 paket burğu makaronu duz və zeytun yağı əlavə olunmuş qaynar suda 10- 12 dəqiqə bişirin. Suyunu süzün və soyuması üçün bir kənarda gözlədin.
Salatın sousunu hazırlamaq üçün bir qabda 1 stəkan qatıq, yarım stəkan xama və 1 xörək qaşığı mayonezi qarışdırın.
Qaynadılan makaronu, bir ovuc doğranmış şüyüdü, 6 ədəd doğranmış xiyar turşusunu və 1 stəkan konservləşdirilmiş tərəvəz qarışığını salat kasasına töküb yaxşıca qarışdırın. Zövqə görə 1 çay qaşığı nanə qurusuyla bəzəyə bilərsiniz. Hazır salatı gözlətmədən süfrəyə verin.

Nuş Olsun! :)

P.S: Qaynadılan makaronu yalnız süzün, durulamayın (yaxalamayın, üstündən su gəzdirməyin!). Əks halda ləzzətini itirəcək və sousu ilə uyğunlaşmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 562 498 487 524 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.