HASANLY

HASANLY Xəbərlər 21-10-2020, 17:50

22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət etdi

22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət etdi
İran həkimləri Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə hazırdır.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu, 22 iranlı həkimin Azərbaycanın İrandakı səfirinə müraciətində öz əksini tapıb.

Müraciətdə qeyd edilib ki, İran həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələrlə təbrik edir, eləcə də, hərbçilərin və dinc insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verərək, Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayır:

"Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan dinc əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

Səfirliyin məlumatında müraciət edən həkimlərin sayının artacağı qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 387 340 335 316 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.