Diablo

Diablo özünü 😔 qəmli hiss edir. Statuslar 25-10-2020, 17:00

ATAya aid SÖZlər

ATAya aid SÖZlər
Ata çiyni deyilən bir yer var, iliyinə kimi hüzuru hiss edirsən.

ATAya aid SÖZlər
Atam üçün darıxırmaqmı? Kölgəsini görsəm sarılaram..

Məndən əksiklərimi soruşma həyat! Atam deyəcəm, tamamlaya bilməzsən!


Niyə, bilmirəm ancaq, bu gün səninçün yaman darıxmışam ATA.


Prenses olmaq üçün bir Prensə ehtiyacım yoxdur. Mən onsuz bir Kralın qızıyam!



Atam.. Sən olmayanda həmişə bir şeylər əksikdir..

Atanızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. (İbn Sina)



Ata olarsan, ata qədrini bilərsən!

Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.


Oğul günahsız olmaz, ata mərhəmətsiz.


Atanın duası, ananın ahı yerdə qalmaz.




Biricik ATAM, ailəmizin şirin və böyük ürəyi ilə ən cəsuru sənsən.. Yerini əsla heçkim doldura bilməz. Nə yaxşı ki, varsan!

Həyata addım atarkən əlimizdən tutan, bizə bütün bildiklərini öyrədən canım atam, böyüyərək öyrəndim ki, haqqın ödənməz. Atalar günün mübarək olsun!


Ataların ən şirini, biricik atam, mənə verdiyin əməklərinlə bu günlərə gəldim. Buna görə sənə sonsuz təşəkkür edirəm. Səni öpürəm. Atalar günün mübarək!

Atalar günün mübarək olsun canım atam. Mən nə qədər böyüsəm də, hər zaman sənin balaca, şıltaq qızın olaraq qalacam. Səni sevirəm!



Dərdimi, sevincimi paylaşdığım tək dostum. Sən mənim həyatda ən çox dəyər verdiyim, sirdaşımsan. Allah səni bizim ailəmizə çox görməsin. Sənə can sağlığı arzu edirəm. Neçə belə illərə, gözəl ATAM!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
6347 6402 6040 5829 6077 6048

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.