Gulusum

Gulusum özünü 😔 qəmli hiss edir. Xəbərlər 25-10-2020, 18:44

Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi

Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi
Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutması nəticəsində iki uşaq anası görmə qabiliyyətini itirib.

Bir neçə gün əvvəl düşmənin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ağır yaralananlardan biri də 26 yaşlı iki uşaq anası Pərvin Qasımovadır. O, şəhərə atılan raket nəticəsində uçmuş evinin dağıntıları altında qalıb və hər iki gözündən ağır xəsarət alıb.

P.Qasımova hadisə zamanı evdə tək olmayıb, onun iki körpəsi və anası da dağıntılar altında qalıb. Xoşbəxtlikdən körpələr ciddi xəsarət almayıb.

Həmin günü çox acı xatirə kimi qiymətləndirən P.Qasımova ermənilərin günahsız insanlara qarşı etdikləri bu vəhşiliyini pisləyib.

Qeyd edək ki, P.Qasımovanın müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 391 311 327 349 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.