Şeir 💔
💔
Dilucu necəsən soruşub getmə.
Dayan izah edim necəyəm indi
Dağılmış binayam sökülmüş yolam
Toz altda boğulan küçəyəm indi
Hesabdan yaxşısan hələ gəl otur
Mən də sual verim tənliyini qur
İkidən bir çıxıb sora birə vur
Hesabla tap görüm neçəyəm indi
Ürəyim inanmır ürək sözümə
Bir ucuz ölüm də gülmür üzümə
Sənsiz bütün gecə özüm özümə
Səni xatırladan gecəyəm indi
Dilucu necəsən soruşub getmə.
Dayan izah edim necəyəm indi
Dağılmış binayam sökülmüş yolam
Toz altda boğulan küçəyəm indi
Hesabdan yaxşısan hələ gəl otur
Mən də sual verim tənliyini qur
İkidən bir çıxıb sora birə vur
Hesabla tap görüm neçəyəm indi
Ürəyim inanmır ürək sözümə
Bir ucuz ölüm də gülmür üzümə
Sənsiz bütün gecə özüm özümə
Səni xatırladan gecəyəm indi






