ice berg

ice berg özünü 😊 sevincli hiss edir. Məşhurlar 17-11-2020, 20:00

"Heç vaxt olmamaqdansa gec olması yaxşıdır"-Hacı Nuran..

"Heç vaxt olmamaqdansa gec olması yaxşıdır"-Hacı Nuran..
Aparıcı Hacı Nuran Hüseynov "İnstagram" səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib.
Loading.az həmin paylaşımı təqdim edir:

" Bir vətəndaş üçün bundan qürurlu günlər, bundan gözəl anlar, bundan əlamətdar tarix ola bilərmi?

Dünənə qədər yalnız işğal altında olan torpaqlarımıza ancaq xəritədə baxa bilirdiksə, bu gün o torpaqlara gedə bilərik artıq.

Çünki artıq o torpaqlar mənfur düşməndən təmizlənib.

Çünki artıq o torpaqlar öz həqiqi sahibləri tərəfindən geri alındı.

Düzdür, qələbə asan olmadı,çünki düşmənin də şərəfsizi bizə qismət idi.

Şərəfsiz düşmənlə mübarizə aparmağın özü belə dəhşətdir!

Biz onun hər üzünü gördük, satqınlığını da, xainliyini də, alçaqlığını da, vəhşiliyini də.

Amma təkcə bizmi gördük, biz bunları bilirdik zatən.

Xocalıdan, Daşaltıdan, Ballıcadan bilirdik.

Gəncədə, Bərdədə, Tərtərdə görürdük və əsas olan da o idi ki, dünya bunları görə-görə susurdu, biz isə erməni vəhşiliyini canımızda, qanımızda yaşayırdıq.

Şükürlər olsun ki, biz haqlı savaşımızda qalib gəldik.

Düzdür, müharibə itkidir, ölümdür, amma mülki vətəndaşlar ölməsin gərək!

Necə ki, biz mülki vətəndaşlara atəş açmadıq, onların salamat qalmalarına şərait yaratdıq.

Çünki biz insan qatili deyilik!

Yolumuz Qarabağa, Vətən torpağınadır artıq!

O torpağa ki, ulularımız bizim üçün qorumuş, bizə əmanət etmişlər.

Biz də sahibləndik bu yurda, 30 il keçdi düzdü, amma rusların yaxşısı bir məsəli var: "Heç vaxt olmamaqdansa gec olması yaxşıdır"
30 illik həsrət bitdi Vətən torpağı!

Övladların səni əkib-biçməyə, qurub-yaratmağa, çıraqban, abad etməyə gəlir.

Çünki Qarabağ Azərbaycandır!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 443 481 434 461 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.