Луна

Луна Mətbəx 23-11-2020, 18:00

Nazik Xəmirli Əsl İtalyan Pizzası

Nazik Xəmirli Əsl İtalyan Pizzası

Tərkibi:

500 qr un
5 qr maya
yarım stəkan zeytun yağı
1 çay qaşığı duz
1 xörək qaşığı şəkər tozu
200 ml su

Sousu üçün:
1 ədəd rəndələnmış pomidor
1 xörək qaşığı tomat
2 diş rəndələnmiş sarımsaq
1 çay qaşığı rəndələnmiş soğan
kəklikotu
istiot
1 xörək qaşığı ketçup(olmasa da olar)

Üzəri üçün:
kolbasa
qarğıdalı dənələri
rəndələnmiş holland pendiri
bibər

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un, zeytun yağı, duz, şəkər tozu və suyu töküb xəmir yoğurun. Yoğurduğunuz xəmirin üzərini örtüb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri 4 ədəd kündəyə bölün. Xəmiri qarğıdalı unuyla oxlovla nazik yayın.
Sousu üçün bir qabda rəndələnmiş pomidor, tomat, rəndələnmiş sarımsaq, soğan, kəklikotu, istiot və ketçupu qarışdırın. Yaydığınız xəmirin üzərinə sousu yaxıb, zövqünüzə görə kolbasa, qarğıdalı dənələri, rəndələnmiş pendir, bibər düzüb əvvəlcədən 220 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 439 486 457 512 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.