Gulusum

Gulusum Azərbaycan 25-11-2020, 15:20

Türkiyə MN: Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub

Türkiyə MN: Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub
Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə Azərbaycanı təbrik edib.

LoaDinG.az xəbər verir ki, təbrik mətni nazirliyin tvitterində paylaşılıb.

“Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra gerçək sahiblərinə qovuşub. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”, - qeyd olunub.

Nazirlik Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması fotolarını da paylaşıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında mayın 10-da imzalanan bəyanata əsasən, erməni işğalçı ordusu noyabrın 15-də Kəlbəcəri tərk etməli idi. Daha sonra Ermənistana əlavə 10 gün vaxt verilmişdi. Erməni işğalçıları noyabrın 25-də Kəlbəcəri tərk edib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 632 518 568 532 520

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.