ice berg

ice berg İdman 26-11-2020, 14:30

Maradonanın son sözləri məlum oldu

Maradonanın son sözləri məlum oldu
"Mirror" nəşri Argentina mənbələrinə istinadən əfsanəvi futbolçu Dieqo Maradonın həyatın son saatları haqqında informasiya yayıb.

Maradona səhər bənizi solğun halda oyanıb və soyuqdan şikayət edib, ancaq səhər yeməyini yeyə bilib. O, sonra yatağına qayıdıb və bu zaman "Me siento mal" (ispan dilindən tərcümədə özümü pis hiss edirəm deməkdir – red) - son sözlərini deyib.

Bu yaxınlarda xəstəxanadan buraxılan əfsanəvi futbolçuya qulluq göstərən tibb bacısı dərhal təcili yardım çağırıb. Lakin həkimlər Maradonanın həyatını xilas edə bilməyiblər. Yerli vaxtla saat 12:00 radələrində Dieqonun ölümü qeydə alınıb.

Daha əvvəl Argentina yığmasının sabiq oyunçusunun vəkili onun ölüm səbəbini açıqlayıb. Məlum olub ki, Maradona ürəktutmasından ölüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 397 367 371 429 403

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.