ice berg

ice berg İdman 27-11-2020, 17:00

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Bu ada İngiltərə "Arsenal"ından Nikolas Pepe, İngiltərə "Tottenhem"indən Karlos Vinisius, Almaniya "Bayer"indən Kerem Demirbay və Niderland PSV-sindən Kodi Qakpo iddia edir.

Pepe Norveçdə "Molde"ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Vinisius evdə Bolqarıstan "Lüdoqorets"inə 4:0 qalib gəldikləri matçda iki qol vurub. Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Demirbay isə İsrailin "Hapoel" (Beer-Şeva) komandasını 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 435 417 386 492 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.