Gulusum

Gulusum Xəbərlər 28-11-2020, 08:00

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pislədi
Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər.

Bu barədə LoaDinG.az“Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyənin dörd aparıcı parlament partiyası - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ partiya Fransa qanunvericilərini qınayıblar.

Parlamentin spikeri Mustafa Şentopun rəhbərliyi ilə imzalanan bəyanatda ərazilərin işğaldan azad olunması məsələsində qardaş Azərbaycanın mövqeyinə dəstək vurğulanır.

Qeyd edilir ki, Türkiyə parlamenti və xalqı şübhəsiz qardaş Azərbaycan barəsində düşmən addımları nəzərə alacaq. Fransa Senatının qətnaməsi beynəlxalq hüquq nöqteyi-nəzərindən heç bir əhəmiyyət kəsb etmir, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Bəyanatda həmçinin Fransanın ATƏT-in Minsk qrupunun həmsədri postunda 30 illik fəaliyyətsizliyinə diqqət çəkilir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 304 314 325 287 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.