Луна

Луна İdman 28-11-2020, 20:30

“Prezidentliyə namizədliyimi verəcəyəm” - Pike

“Prezidentliyə namizədliyimi verəcəyəm” - Pike

İspaniya "Barselona"sının müdafiəçisi Jerar Pike klubun prezidenti olmaq arzusunu növbəti dəfə dilə gətirib.

LoaDinG.Az apasport.az-a istinadla bildirir ki, 33 yaşlı vitse-kapitan gələn ilin yanvarındakı seçkilərdə namizədliyini verməyəcək.

Ancaq ispaniyalı gələcəkdə buna çalışacağını gizlətməyib: "Növbəti seçkilərdə iştirak edə bilməyəcəyəm, çünki hələ futbolçuyam. Gələcəkdə - kim bilir? "Barselona"nın böyük azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Əgər hazır olsam və yeni bir şey edə bilsəm, gələcəkdə prezidentliyə namizədliyimi verəcəyəm. Həmişə "Barselona" prezidenti olmaq arzusunda olmuşam. Ancaq bunun baş verib-verməyəcəyini bilmirəm".

Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Jerar Pike 2008-ci ildən əsas komandada çıxış edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 544 496 463 427 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.