ice berg

ice berg Xəbərlər 2-12-2020, 15:30

Laçının işğaldan azad olunması Kürdəmirdə sevinclə qeyd olunub

Laçının işğaldan azad olunması Kürdəmirdə sevinclə qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Kürdəmir rayonunda bayram yaşanıb.

Laçının işğaldan azad olma xəbərini eşidən rayon gəncləri avtoyürüş edərək əllərində üç rəngli bayraqlarımızı dalğalandırdılar. Əvvəlcə onlar rayonun küçə və prospektlərini gəzib dolaşdılar, sonra isə gənclər Şəhidlər Xiyabanına gələrək orada uyuyan şəhidlərimizi ziyarət edib ruhlarına dua etdilər.

Bundan sonra onlar "Yaşasın Ali Baş Komandan" "Laçın Azərbaycandır" "Eşq olsun Ordumuza" şüarları ilə avtomobil karvanı ilə rayonun küçələrini gəzib dolaşdılar. Bundan başqa, Kürdəmirdə məskunlaşan Laçın rayonundan olan 136 ailədə sevincin həddi-hüdudu yox idi.

Onlar Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini və sevgilərini bildiriblər. Artıq onlar yaxın vaxtlarda öz doğma yurd-yuvalarına köçəcəkləri günü səbirsizliklə gözləyirlər.
Yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 499 434 489 449 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.