ice berg

ice berg Məşhurlar 6-12-2020, 18:27

Aktrisa göz yaşlarına hakim ola bilmədi

Aktrisa göz yaşlarına hakim ola bilmədi
Türkiyəli aktrisa Pelin Karahanın yeni layihəsi bəlli olub.

Loading.az bildirir ki, aktrisa uzun müddət aradan sonra yenidən ekrana qayıdır. Pelin bu dəfə "Dalgalar ve İzler" adlı ekran işində rol alacaq. Filmdə ana və qızının hekayəsindən bəhs olunur.

Karahan ekran işinin çox kədərli və qəmli ssenarisi olduğunu hətta oxuyarkən gözyaşlarına boğulduğunu bildirib:

"Ekran işində ana obrazındayam və balaca qızım var. Onlar həyatları boyunca bir çox faciə ilə üzləşirlər. Film real hadisələr əsasında lentə alınır. Buna görə də oxuyanda çox təsirləndim. Gözyaşlarımı saxlaya bilmədim. İnanıram ki, gözəl film olacaq".

Artıq yeni ekran işinin çəkilişlərinə start verilib. Filmin ssenari müəllifi Yasemen Zorludur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
385 430 448 380 399 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.