ice berg

ice berg Xəbərlər 10-12-2020, 19:00

Nazirlikdən düşmən təxribatı ilə bağlı xəbərdarlıq

Nazirlikdən düşmən təxribatı ilə bağlı xəbərdarlıq
"Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – "WhatsApp", "Telegram" və digər sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır".

LoaDinG.aZ Sonxeber.az`a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir.

"Xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları ''spam'' olaraq şikayət etsinlər, həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər
"- deyə qurum bəyan edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 313 333 325 309 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.