ice berg

ice berg İdman 13-12-2020, 15:30

"Atletiko" ilk məğlubiyyətini "Real"dan aldı

"Atletiko" ilk məğlubiyyətini "Real"dan aldı
İspaniya La Liqasında 13-cü turun oyunları davam edir.

LoaDinG.aZ xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma keçirilib.

"Valensiya" "Atletik"lə məhsuldar heç-heçə edib. Səfərdə "Xetafe" ilə qarşılaşan "Sevilya" minimal hesabla qalib gəlib. "Hueska" da "Alaves"i məğlub yola salıb.

Turun mərkəzi görüşü Madriddə keçirilib. "Real" doğma meydanda lider "Atletiko"nu qəbul edib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar. Bu, "Atletiko"nun mövsümdə ilk məğlubiyyətidir.

12 dekabr

"Valensiya" – "Atletik" - 2:2
Qollar: Soler, 26-pen. Valyexo, 83 – Vilyalibre, 55. R.Qarsiya, 79-pen.

"Xetafe" – "Sevilya" - 0:1
Qol: Etçeyta, 81-avtoqol

"Hueska" – "Alaves" - 1:0
Qol: Ontiveros, 66.

"Real" – "Atletiko" - 2:0
Qollar: Kasemiro, 15. Oblak, 63-avtoqol

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 465 398 466 444 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.