ParadiseSark

ParadiseSark Hekayələr 30-12-2020, 15:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 1

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 1
Bölüm 1.


Gecədən xeyli keçmişdi. Gözlərimi möhkəm bağlayıb yatmağa çalışırdım. Amma, küləyin uğultusu buna imkan vermirdi. Çarpayıdan qalxıb mətbəxə keçdim. Su içib yatağıma qayıtmaq istəsəm də şəhərin mənzərəsi ,sanki, "getmə,mənə bax" deyirdi. Bakı... Küləklər şəhəri... Kim bilir neçə nəfərin acısı qalxıb göylərə.. küləklərə qoşulub tüğyan edirdi bu gecə... bəlkə, onlardan biri də mən idim.. Saatlardır gözlərinə yuxu getməyən mən!
Hər gecə belə idi. Keçmiş bir anda gözlərimin qarşısında dövr edib, yox olurdu. Sanki, olmamışdı..Sanki,yaşanmamışdı.. Bir gənc qız nə istəyər axı?
-Xoşbəxt olmaq. Xoşbəxtlik bəxt işi idi, bəlkə də...
Mən arzularla yaşayan gənc qız idim.. Həyatım o qədər gözəl idi ki, qəfil gələn qasırğa onu alt-üst eləmişdi. Hər şey atamla anam arasındakı mübahisələrdən başladı. Evin tək övladı idim. Atamla anam mənim üçün çalışır, məni xoşbəxt etmək üçün hər şey edirdilər. Mən də onlara layiq övlad olmaq üçün əlimdən gələni edirdim. Amma, bir anda atamın bizə qarşı davranışları dəyişərək dözülməz hal aldı və bir neçə il davam etdi. Atamın qardaşı, ən yaxın qohumları belə bu məsələyə münasibət bildirmədilər. Anamın heç kəsi yox idi. Nənəmi də 2 il əvvəl itirmişdik. Həyatın acı gerçəkləri məni buza çevirmişdi. Anamın taleyini yaşayacağımdan qorxurdum. Atamla anam boşanandan sonra şəhərdən anamın doğulduğu qəsəbəyə qayıtdıq. Sonradan atamın Bakıdakı evi satıb xaricə köçdüyünü öyrəndik. Hər nə qədər üzülsəm də bunu anama bildirmədim... Anam həkim idi. "Daha sənin üçün yaşayıram, sənin üçün çalışıram" deyirdi mənə. Yaşananları bir kənara qoyub mən də anam üçün yaşamağı qərara almışdım. Hədəflərim,məqsədlərim vardı və bunun üçün gecə-gündüz çalışırdım. Universitetə qəbul olandan sonra yenidən şəhərə qayıtdım. Anam nə qədər mənlə gəlmək istəsə də razılıq vermədim. Anam buradakı iş yerinə, mehriban kollektivə öyrəşmişdi..Bilirdim ki onlardan ayrılmaq istəmir...
Şəhərin mərkəzində özüm üçün ev kirayələmişdim. Yaxından tanıdığım biri olmadığı üçün tək yaşamağı üstün tuturdum... Küləyin möhkəm uğultusu məni fikrimdən ayırdı. Saat 2-dən xeyli keçmişdi. Universitetin ilk günü gecikmək istəmirdim. İşığı söndürüb yatağa qayıtdım və hər şeyi unudub yuxuya getməyə çalışdım... Sabah böyük gün olacaqdı...
Universitet binasına çatanda evdən tez çıxdığım üçün sevinirdim. Hava isti idi və gecə əsən küləkdən əsər qalmamışdı. Çantamdakı sudan bir qurtum alıb, universitet binasına daxil oldum. İlk gün olduğundan çox qarışıqlıq idi. Addım atmağa yer qalmamışdı... 1 saatdan çoxdur ki, müəllimlər tələbələri təbrik edir, tələbə məsuliyyətindən danışırdılar. Nəhayət, yarım saatdan sonra tədbir başa çatdı. Auditoriyalara göndərildik , qruplara bölündük. İlk dərs günü tanışlığa həsr olunmuşdu... Hər zamankı kimi təkliyi seçmişdim. Arxa sıralardan birində əyləşib boş-boş auditoriyaya baxırdım...
Nəzərlərimi açılan qapıya yönəltdim. Sarışın, orta boylarda bir qadın içəri daxil oldu. Görünüşə görə, 40 yaş vermək olardı...
-Salam,əziz tələbələr. Sizi yeni və ilk dərs iliniz münasibətilə təbrik edirəm. Adım Arzudur. Ümid edirəm dərs tədris etdiyim müddətdə mehriban münasibətdə olacağıq.. İndi isə gəlin tanış olaq..
Tələblər sıra ilə ayağa qalxıb, özlərini təqdim edirdilər. Sıra mənə gələndə ayağa qalxdım. Hər kəs çevrilib mənə baxırdı. Yəqin ki, bayaqdan susub bir kənara çəkilən bu qızın kim olduğu ilə maraqlanırdılar..
-Adım,Nazlıdır. Sizlə tanışlığıma məmnun oldum.
Başqa bir söz deyə bilmədim.Utanıb başımı aşağı saldım. Bu sırada qapı açıldı.
-Bağışlayın, qrup bölünməsində problem olduğu üçün gecikməli oldum. İcazə olar əyləşim?
Arzu xanım anlayışla qarşılayaraq-"Önəmli deyil, əyləşə bilərsən" dedi və mən olan sıranı göstərdi. Daha sonra əlavə etdi:" Hər kəslə tanış olmuşuq səninlə də tanış olaq"..
- "Azad" dedi gülümsəyərək. Adım Azaddır..
Bir anlıq içimdə elə hiss yarandı ki, nə isə olacaq. Bu hər şeyin başlanğıcı idi. Bəlkə, mən burada olmamalı idim.. Bəlkə də, burada olmaq üçün yaranmışdım...





Müəllif-ParadiseSark
1-ci bölüm sonu...


Qeyd: Universitet, qəsəbə adları və bu kimi digər xırda detallar şüurlu şəkildə qeyd edilməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 446 452 473 531 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.