HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 6.
Bölüm 6.....
Bəlkə də heç oyanmaq istəmədiyim bir sabah idi. Gözlərimi açıb otağa boş-boş baxdım. Heç nə hiss eləmirdim. Elə halda idim ki, adımı soruşsalar bilməzdim. Nə olduğunu yeni dərk etməyə çalışırdım. Xatırlamaq üçün gözlərimi bağladım. Gözlərimin önünə gələn xəyali görüntülər ürəyimin döyüntüsünü artırırdı. Gözlərimi cəld açıb ayağa qalxmağa çalışdım. Köynəyim əynimdə idi. Kinayə ilə gülümsədim. Özümdən iyrənirdim. Başım gicəllənirdi. Taqətimi saxlaya bilməyib yerə yıxıldım. Ayağa qalxmaq üçün səy göstərmədim. Olduğum yerdə uzanıb yaşananların yalan olduğunu düşünmək istəyirdim. Anidən açılan qapı ilə baxışlarım Kənana yönəldi. Getməmişdi. Üstümə gəlirdi, nə danışırdısa da mən eşitmirdim.. Gözlərimi açanda yenə çarpayıda idim. Qarşımdakı stulda Kənan əyləşmişdi. Onu görəndə dəhşətə gəldim. Cəld hərəkət edib onun üstünə atıldım.
-Alçaq. Axmaq. Sən neylədin!. Nə etdin mənə ??Nə etdin mənə?? Necə qıydın?
Kənan qollarımı tutub məni saxlamağa çalışırdı. Özümə yeni gəlmişdim və yaşadıqlarımın gerçək olduğu düşüncəsi məni dəli eləmişdi. Kənanla savaşmağa çalışırdım. Boşda qalan əlimlə üzünə şillə vurdum. Həmin an ortalığa sükut çökdü. Yerə çöküb dizlərimi qucaqladım. Gecədən bəri saxladığım göz yaşlarımı sərbəst buraxıb hönkürtü ilə ağladım..
Kənan da mənim yanımda oturdu.Buz kimi səslə danışmağa başladı: " Özümdə deyildim..Həmin an qarşımda başqası vardı. Səni incitmək istəməzdim.Belə olsun istəməzdim".
Daha möhkəm ağlamağa başladım. Nə faydası var idi axı? Olan olmuşdu artıq.
Kənan məni özünə çəkib qucaqladı. Heç bir reaksiya vermirdim. Buz kimi donmuşdum.
-Bağışla,,Nazlı. Bağışla məni. Sən huşunu itirəndən sonra özümə gəldim mən. Sənə zərər vermərəm..Sənə toxunmadım. Heç nə etmədim.
Qolları arasından çıxıb ayağa qalxdım. Dəlilər kimi gülürdüm. Qulaqları batıracaq dərəcədə qışqıra-qışqıra danışırdım: Zərər verməmisən.. Zərər verməmisən hə??
Əynimdəki köynəyi utanmaz şəkildə çıxartdım. Təəccüblə məni izləyirdi.
-Kənan,sən mənə təcavüz eləmisən. Səni sevməyən, səni buraxıb gedən qadın zənn edərək mənə təcavüz eləmisən.. Bax. Bunlara yaxşı bax.
Bədənimdəki qızartıları,göyərmiş yerləri özüm də görəndə dəhşətə gəlirdim. Başqa bir söz deməyə ehtiyac yox idi. Kənanın gözlərindən axan yaşı görəndə susdum. Peşmanlığı o qədər bəlli idi ki. Əmin idim o da mənim kimi özünə nifrət edirdi..
-Heç nə etməmisən? Bunlar sənin izlərindir,Kənan. Bu izlərdə mənim yalvarışlarım var. İzlər getsə də bu gecənin yarası qalacaq məndə. Bu gecəni unutmaq olacaqmı?
Kənana yaxınlaşdım. Başını aşağı salmışdı. O zəhmli simadan əsər qalmamışdı. Gözündən axan yaşı silib qulağına pıçıldadım: Mənim ilklərimi aldın. Mənə heç kəs toxuna bilmədiyi halda...sənin mənə toxunmağın üçün şərait yaratdım. Sənin əlindən tutub bu evə gətirməklə özümə kabus yaşatdım..İndi isə get.
Köynəyini və paltosunu ona verdim.
-İkimiz də belə olsun istəməzdik,Kənan..
Kənanı qapıya qədər ötürdüm. Hissizləşmişdim. Sanki, heç nə yaşanmamışdı. Qapıdan çıxanda gözlərimə və "izlərinə" baxdı: Əgər bacarsan məni bağışla,Nazlı!
Kənanın gedişi də özü kimi zəhmli olmuşdu. Həyatımın elə bir anını yaşayırdım ki, kim olduğumu,nə hiss elədiyimi bilmirdim. Hamama keçib güzgünün qarşısında "izlərimə" nəzər saldım.
-Səni kim sevəcək,Nazlı? Sən kimisə sevə biləcəksənmi bəs?
Suyun altında dayanıb hər şeyi yuyub aparmasını dilədim.....
...
Həmin dəhşətli gecədən 1 həftə sonra Sara geri qayıtmışdı. Atasının səhhəti yaxşılaşmış, hər şey qaydasına düşmüşdü. Özümü toplamağa çalışırdım, bunun üçün əlimdən gələni edirdim. Bir gün otağımı təmizləyəndə çarpayının altındab şəkil tapmışdım. Kənanın cibindən düşmüşdü. Arxasına Leyla Kənan yazılmış,ortasına isə sonsuzluq işarəsi çəkilmişdi. Şəkildəki qızın siması mənə necə də bənzəyirdi. İndi hər şeyi anlayırdım. Kənanın mənə diqqətli baxışları, mənə yaxınlaşması və məndən uzaqlaşması, mənlə səbəbsiz soyuq davranışları və o gecə yaşananlar hamısı buna görə idi. Amma Kənan gec anladı ki, şəkildə ona sarılıb gülümsəyən qız mən deyiləm. Kənanla yaşadığım o gecə haqda Saraya danışmamışdım. Sara ilə birlikdə Azadın ad gününü qeyd etmişdik. Qış tətili bitmişdi.. Dərslərin başladığı 3 gün olmuşdu. Bu müddət ərzində Kənanı heç görməmişdim. Sonradan xəbər tutmuşdum getdiyindən. Təhsilini dondurmuşdu. Mənim izlərimi unutmaq ya da unutdurmaq üçün getmişdi...Özündən qalan izləri məndə buraxaraq...
6-cı bölüm sonu.
Müəllif-ParadiseSark






