ParadiseSark

ParadiseSark Hekayələr 7-01-2021, 08:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 10.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 10.
Bölüm 10.
......
Səhər telefon zənginə oyanmışdım. Anam idi. Həyəcanla telefonu açdım.
-Ana, sabahın xeyir. Yaxşısan?
Anam: Gözəl qızım, sabahın xeyir. Mən yaxşıyam. Sən nə əcəb bu vaxta qədər yatmısan? Yoxsa xəstələnmisən?
Saata baxanda 11-i göstərirdi. Tez ayağa qalxıb anamla sağollaşdım.
-Anacan,, off gecikmişəm. Yaxşıyam. Mənə görə nigaran qalma. Sonra danışarıq.
Özümə hirslənirdim. Gecə vaxtında yatsa idim, indi bu halda olmazdım. Ümid edirdim ki, bu gün son iş günüm deyildi. İş yerinə çatanda anladım ki, yoxluğumu hiss ediblər. İş yoldaşım Gülər mənim yoxluğumu bildirməməyə çalışsa da artıq gec idi. Müdir hirsini üstümə tökəndən sonra daha susa bilmədim. İlk dəfə işə gecikmişəm az qalsın bütün şəhəri bura toplayacaq. Nə vaxtdandır bu cür dava etməmişdim. Bəlkə sakit dayansam işimə davam edərdim... Ancaq tam əksi oldu... özümə yeni iş tapmaq ümidi ilə addımladım. Doğrusu, hara getdiyimi bilmirdim. Dayanacaqlarda, divarlarda "işçi axtarılır" elanını gördükcə sevinir, mənə uyğun iş olmadığını görəndə əhvalım dəyişirdi. 1 aydan çox olardı ki, ixtisasıma uyğun iş yerləri təklif edən şirkətlərə müraciət etsəm də,, onlardan da bir xəbər yox idi.. Məndən xeyli irəlidə dayanıb gül satan qadının səsi məni fikirlərimdən ayırdı. Ona yaxınlaşıb bir dəstə gül aldım. Azadın məzarını ziyarətə gedəcəkdim.. Sanki, dünən idi torpağa verdiyimiz. Gülümsəyən simasına baxıb susdum.Daşın üzərində canlı dayanmışdı elə bil. Göz yaşlarım yanağım boyunca axın elədi.
-Azad,axı qocalana qədər birlikdə olacaqdıq. Niyə getdin? Sən doğru deyirdin... Yoxluğun ağır oldu.. Acın ilk günkü kimi ürəyimdədir. Səni heç unutmayacam. Əlimdəki gül dəstəsini məzarın üzərinə qoydum. Azadın məzarından xeyli uzaqlaşandan sonra geri çevrildim. Məzarın üstünü qaraltı almışdı. Deyəsən, başqa biri də Azadı ziyarətə gəlmişdi..
Evə çatanda axşam idi. Anamla danışıb bəd xəbəri də çatdırdım. Onu əmin elədim ki, yeni iş tapacam. Anam mənə hədsiz güvənirdi. Əslində bilirdim anam yenə evlilik mövzusunu açacaqdı. Lakin mən qərarımı vermişdim. Səhv addım atıb nə özümün, nə də başqasının həyatını məhv etmək istəyirdim. Anam mənim fikrimi anlayışla qarşıladı. Bu məsələ birdəfəlik bağlandı.. Hava qaralmışdı. Pəncərədən aşağı boylandım. Həyət bomboş idi.. İnanırdım ki gecə gördüyüm sima xəyal deyil. Kənan idi, gəlmişdi, ağacın altında dayanıb mənə baxırdı...
Aradan uzun müddət keçsə də onun xatirələrini silə bilməmişdim. Mən Kənanın gedişi ilə barışmamışdım.. Aramızda yaşanmış o gecə xəyalıma gələndə ürəyim sızıldayırdı. Fikirləşirdim ki, kaş hər şey başqa cür olardı. Bəlkə, sevərdim Kənanı. Duyğuların ən müqəddəsini sevgi bilirdim.. İnanırdım ki, qaranlıq dünyamı sevgi aydınladacaq. Məni qaranlığa atan deyil, məni qaranlıqdan çıxaran adamı sevmək istəyirdim..

10-cu bölüm sonu.
Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 530 517 535 532 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.