Yox olmaq
Yenə gedir əqrəblər Dönür zamanın çarxı,
Həyatın sonu nədir, nədir yoxluğun axırı?.
Dərk elə ömrü, günü, dərk elə sən həyatı,
Boşuna yaratmayıb Tanrı bu kainatı.
Gözlərini bağlayıb düşünsənə bir anlıq,,
Daha həyatda yoxsan dünya, cahan qaranlıq..
Nə dəyişir dünyada fəsillər, illər,
Solur məzar üstündə qızaran qızıl güllər.






