ice berg

ice berg İdman 10-01-2021, 14:07

Daha bir şahmatçımızdan uğurlu nəticə

Daha bir şahmatçımızdan uğurlu nəticə
“Lichess.org” platforması vasitəsilə onlayn keçirilən “Şarca” kuboku yarışında Azərbaycan şahmatçısı Günay Məmmədzadə 3-cü yeri tutub.

LoaDinG.aZ xəbər verir ki, namizəd şahmatçı kimi birbaşa final mərhələsinə qatılan təmsilçimiz 9 turdan 6 xal toplayıb. Komandamızın digər üzvləri Gülnar Məmmədova 4 xalla 22-ci, Ülviyyə Fətəliyeva 3,5 xalla 28-ci pillədə qərarlaşıblar.

Turnirin qalibi 7 xalla ukraynalı şahmatçı Yuliya Osmak olub.

Qeyd edək ki, finalda 483 şahmatçı arasından seçilmiş ən güclü 25 oyunçu ilə yanaşı, həlledici mərhələdə iştirak etmək hüququ olan 10 namizəd şahmatçı da mübarizə aparıb. Rapid üzrə İsveçrə sistemi ilə keçirilən həlledici mərhələ 9 turdan ibarət olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 437 420 392 367 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.