ice berg

ice berg Şeirlər 10-01-2021, 20:00

Məni sevmək üçün yaşayırdın bəs..

Məni sevmək üçün yaşayırdın bəs..
Ölən qəlbim bir də çətin dirilə..
Yaram sağalmaz bir aya,bir ilə
İndi yaşayırsan başqa birilə..
Məni sevmək üçün yaşayırdın bəs?

Harda oluramsa yanımda sənsən
Damarımda axan qanım da sənsən
Düşüncəmin hər bir anında sənsən
Yerini doldurmur başqa cür heçkəs
Məni sevmək üçün yaşayırdın bəs?


Ümidlər azalır artıq sabaha
Son məqamdır,tək gümanım Allaha
"O.daha sevməyir,sevməyir daha"
Qulağıma gəldi ürəkdən bu səs
Məni sevmək üçün yaşayırdın bəs?

Soyuq otaq..pəncərəmə qar yağır
Qışqır,ürək "Qayıt" ucadan bağır
Gözlər bir nöqtədə keçmişə baxır
Yalanmış o.günlər,əbəsmiş əbəs
Məni sevmək üçün yaşayırdın bəs?

Şair,gücün çatır bu yükü daşı
Həsrət sildi onla dolu yaddaşı
Sevginin övladı "Qəm və Gözyaşı"
İçimde yox olub Sevgiyə həvəs....
Məni sevmək üçün yaşayırdın bəs?..

Məni sevmək üçün yaşayırdın bəs..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 467 427 427 421 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.