Diablo

Diablo Məşhurlar 15-01-2021, 21:45

"Hadisənin çılpaq geyimini alqışlayırsınız" - Elza Seyidcahan

"Hadisənin çılpaq geyimini alqışlayırsınız" - Elza Seyidcahan
"O filmdir. Başa düşmürsünüz? Filmdə süjet xətti olur, o da ssenari əsasında qurulur. Başıma da meyvəni ssenariyə görə qoymuşdular. Gözəlliyim gözlərinizi qamaşdırır. Bu da mənə zövq verir".

Loading.az Axşam.az istinandən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "MTV Azərbaycan"da qonaq olarkən deyib. müğənni "Hozu" filmindəki obrazını tənqid edənlərə cavab verib:

"Tənqid edir, sonra da deyirsiniz, öz işidir. Sizin də o qədər əməlləriniz varsa, öz işinizdir. Bu Elza Seyidcahanının yaradıcılığıdır. Onu xaricdən gələn biri etsə, qəbullanarsınız. Hadisə kimilər gəlir hündür səhnələrdə çılpaq geyimlə sizin pulunuzu alır, cibinə doldurub gedir, onu alqışlayırsız. Öz müğənninizi isə deyrisiz öz işidir, başına meyvə qoyur...

İstəyirəm tənqid edənlər sənəti anlasınlar. Bunu etmişəm, edirəm, edəcəyəm də. Amma sizlərində incəsənəti anlamanızı istəyirəm. 21-ci əsrdəyik, hələ də deyirsiz Elza efirdə şeir deməsin. Elzanın şeirlərindən biabırçı musiqilərə qulaq asırsınız. Yaxşı ki, koronavirus gəldi qulaqlarımız dincəldi. Özünüzə edirsiniz, geriləyirsiniz. Onsuz da mən hər zaman öz işimdəyəm. Hər bir insan öz işi ilə məşğul olsa, düşmən bizə qalib gələ bilməz".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
482 452 427 421 434 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.