Sənə mən Siz deyərəmsə..
Sənə mən siz deyərəmsə, özümə biz`mi deyim,
O böyük Tanrıya sən, bəndəsinə`siz mi deyim?
Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
Özümə mənsiz, əzizim, sənə sənsiz`mi deyim?
Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
Bunu dərk eyləməyən insana aciz`mi deyim?
Ayaq altında salar iz, deyilən söz havada,
Biri vardır, biri yox, iksinə də iz`mi deyim?
Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
Ağaran üz`mü deyim, ya gecə-gündüz`mü deyim?