💙Sevimli Şair💙
Bu xəbərimdə sizə çoxlarinın sevimli şairi olan, şeirlərini bəyənərək oxuduğumuz Mikayıl Müşfiq haqqında qisa məlumat verəcəm.
Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunmuşdur.
O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür.
Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Bu xəbərimi bəyənərsiz yəqin , bəyənməsənizdə bəyənin❤❤❤
Ardı var...






