ice berg

ice berg Xəbərlər 19-01-2021, 14:30

İstanbul beynəlxalq aeroportunda dünya rekordu qeydə alınıb

İstanbul beynəlxalq aeroportunda dünya rekordu qeydə alınıb
İstanbul beynəlxalq aeroportu 2020-ci ildə dünyada ən çox sərnişin qəbul edən hava limanı olub.

Bu barədə LoaDinG.aZ “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, siyahıda ikinci yerdə Parisin Ruassi-Şarl-de-Qoll, üçüncü yerdə Londonun “Hitrou” aeroportu qərarlaşıb. İlk beşliyə həmçinin Amsterdamın “Sxipxol” və Moskvanın “Şeremetyevo” hava limanları daxil olub.

Agentlik bildirib ki, “Hitrou” siyahıda birinci yerdən üçüncüyə enib, çünki 2020-ci ildə aeroporta sərnişin axını 73 faizə düşüb. Əgər 2019-cu ildə hava limanının xidmətindən 81 milyon insan istifadə etmişdisə, ötən il həmin rəqəm cəmi 22,1 milyon nəfər təşkil edib. Bu, koronavirus pandemiyası ilə bağlıdır.

Buna həmçinin infeksiyanın yeni ştammının Böyük Britaniya ərazisində yaranması da mənfi təsir edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 312 363 334 324 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.