ice berg

ice berg İdman 19-01-2021, 19:30

"Fənərbaxça"dan növbəti qələbə: Liderə çatdı

"Fənərbaxça"dan növbəti qələbə: Liderə çatdı
Yanvarın 18-də futbol üzrə Türkiyə çempionatının XIX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbaxça" doğma meydanda paytaxt təmsilçisi "Ankaragücü" qəbul edib.

LoaDinG.aZ Axar.az`a istinadən xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını 28-ci dəqiqədə Mame Baba Tiam, 34-cü dəqiqədə Mbvana Samatta, 67-ci dəqiqədə isə Enner Valensia vurub. "Ankaragücü"n heyətində isə Emre Güral fərqlənib.

Günün digər matçında isə "Ərzurumspor" səfərdə "Kasımpaşa"nı 2:1 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbaxça" 38 xalla ikinci, "Qaziantep" isə 34 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Alanyaspor" istirahət edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 556 477 468 477 553

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.