ice berg

ice berg İdman 28-02-2021, 15:01

"Qalatasaray" doğma meydanda QƏLƏBƏ QAZANDI

"Qalatasaray" doğma meydanda QƏLƏBƏ QAZANDI
Fevralın 27-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Ərzurumspor"u qəbul edib.

LoaDinG.aZ xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən görüşdə "Qalatasaray" qonaqların qapısından iki cavabsız top keçirib. İstanbul təmsilçilərinin qollarını hər ikisini Mustafa Məhəmməd vurub.

Günün digər matçında "Fatih Karagümrük" öz meydanında "Alanyaspor"u məğlub edib – 2:0. "Ankaragücü" isə səfərdə "Hatayspor"a 4:1 hesabı ilə uduzub. "Antalyaspor" – "Başakşəhər" və "Rizəspor" – "Sivasspor" oyunlarında isə qapılara top vurulmayıb.

Tura "Göztəpə" - "Kasımpaşa" və "Trabzonspor" – "Fənərbağça" matçları ilə yekun vurulacaq.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə 54 xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 51 xal toplayan "Fənərbağça" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
618 625 550 491 510 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.