Diablo

Diablo Xəbərlər 20-01-2021, 00:51

Qaxa 35 santimetr qar yağıb

Qaxa 35 santimetr qar yağıb
Qaxın dağlıq ərazilərinə 35 santimetr hündürlüyündə qar yağıb.


Bu barədə Qax rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, qar ötən gecədən yağmağa başlayıb:


"Ötən gecə saat 01 radələrində şəhərdə yağmağa başlayan yağış daha sonra qara çevrildi. Hazırda şəhərin özündə qarın hündürlüyü 5 santimetrdir. Dağlıq ərazilər olan İlisuda qarın hündürlüyü 25, Sarıbaş kəndində isə 35 santimetr təşkil edir".


Qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilib, şəhər yolları qardan təmizlənib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 282 289 319 309 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.