Gulusum

Gulusum özünü 😔 qəmli hiss edir. Şeirlər 20-01-2021, 11:52

20 Yanvar Şəhidlərinə İthaf

20 Yanvar Şəhidlərinə İthaf
Bismilləhir-Rahmənir-Rahim

İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.

Şəhidlik - əbədi bir həyat demək,
Şəhidlik - əbədi səadət demək,
Şəhidlik cihaddır - ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.

"...Onlar diridirlər..." - Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! - məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.

Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 485 485 509 455 413

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.