Damar tutulmasının şikayət və əlamətləri
Boyun da damar tutulması, tibbi olaraq “tortikolis”, əzələ spazmı adlandırlır. İnsanlar arasında tez- tez rast gəlinə bilən bir haldır.
Damar tutulması adətən səhərlər meydana çıxaraq özünü, aşağıdakı əlamətlərlə biruzə verir:
• Başın və boynun bir tərəfə əyilməsi
• Başın hərəkət olunmasında məhdudlaşma
• Boyunu tək tərəflı çevirə bilməmək
• Boyun əzələlərində ağrı
• Başımızı dik tutulmasında çətinlik
Boyun tutulmasına, boynun hər iki tərəfində yerləşən, “döş-köprücük- əzələ” (sternokleidomastoit) adı verilen əzələlərdən birindəki spazmı səbəb olur. Boyun tutulmasının yaranma mexanizmi, boyunun həddindən artıq gərginləşməsi passivləşməsi və.s səbəb olan faktlar.(ilk növbədə stress)
• Gecə yuxusunda yalnış və tərs bir pozisiyada yatmaq.
• Televizor qarşısında uyğunsuz pozisiyada yuxulamaq
• Kondensioner altında uzun müddət qalmaq
• Saçları qurutmadan nəm vəziyəttə gəzmək
• Tərli vəziyyətdə ventilyasiyaya məruz qalmaq
• Uyğunsuz pozisiyada çiyində/sırtta yük daşımaq
• Pəncərə açıq vəziyətdə səyahət etmək
• Uzun müddət hərəkətsiz olmaq
• Boyun əzələlərini həddindən artıq gərginləşməsinə səbəb olan hərəkətlər
• Uzun müddət komputer və ya stol arxasında işləmək
• Qadınlara spesifik boyun tutulması səbələrindən biri spiral istifadə etmələridir.
Bu zaman diqqət ediləcək məqamlar
• Boynunuzu məcbur edici, yüklənəcəyi hərəkətlərdən uzaq durmaq
• Boynunuzu sağa sola çevirərkən yavaş-yavaş çevirmək
• Televizor seyr edərkən boynunuzu destəkləmək
qısacası boyun əzələlərinin yorulmaması üçün boyuna düşən yükü azaltmaq lazımdır.
Müalicə
• Parasetamol ya da aspirin kimi qeyri- steroid iltihab əleyhinə (antienflamatuar) dərmanlar. Hansı ki reseptlə satılmır, ağrı və iltihabın azaldılmasına köməklik edir.
• İltihabı azaltmaq üçün ilk 2 gün müddətində boyuna günde dört dəfə 15 dəqiqə boyunca soğuk kompreslər istifadə edilməsi tövsiyyə olunur;
• Sonra əzələ spazmlarını rahatlatmaq üçün eyni qaydada 15 dəqiqəlik isti (isti su şüşəsi, sıcak su torbaları qoymaq, daha çox ütüylə qızdırılmış isti məhraba (yun və ya pambıq parça) boyun bölgənizə qoyula bilər) proseduralar istfadəsi faydalıdır.
• Uzanaraq ya da boynunuza və üst sırt əzələlərinizə masaj etdirərək başınızı dincəldin.






