KiBirLi_PrenS.

KiBirLi_PrenS. Sevgi 23-01-2021, 20:30

Mən artıq deyiləm canın-ciyərin

Mən artıq deyiləm canın-ciyərin
Nə xəbərin olsun məndən,mən artıq deyiləm canın-ciyərin. Bir qoxun,bir şəklin,bir xəyalın qalıb mənə. Ömrümdən illər ayırdım sənə,səninlə birgə illərim keçdi,getdin,indi ömrümün qalan illərini sənsizliklə keçirdirəm. Bir parça çörək belə,daş kimi keçir boğazımdan. İçdiyim suda boğuluram mən. Mən səni düşünərkən,pəncərədən baxıb,gözlərin kimə baxır kim bilir. Mən öz saçlarıma sığal çəkirəm,əllərinə həsrət ikən,əllərin kimin saçına toxunur,kim bilir.. Mən hər baxışda o gözləri axtarıram,o kövrək,azca əsəbləşəndə yerə dikilən gözlərini,mənə,hərşeyi imiş kimi baxan gözlərini.. Canımın yanğısını,gözyaşlarım söndürür mənim. Ovuclarını evim sandığım,qucağına həsrət qaldığım,hardasan? Kiminləsən,kiminsən? İllər keçsə belə,aylar ötsə belə,hərkəsdən gizlətsəm də,adını anmasam da,sən hələ də ürəyimdə mənimsən...
Köhnə pencəyimin cibindən,son görüşdə gözlərini sildiyim dəsmal gözümə dəydi. O balaca dəsmalın içində,milyardlarla duyğu yatırdı sanki. Qoxun hələ də üstündə qalmışdı yarımçıqyanım. İçimə bir çəkişim var idi ətrini,görsən ağlarsan. Ana qucağına həsrət qalmış balaca bir uşağın keçirdiyi hisslərdən fərqi yox idi. Saçından bir tel düşmüşdü dəsmala,canımı yandıran ən çox bu oldu,daramaq olmurdu ovcumda gizlənən saçını. Gözyaşına,gözyaşlarım qarışsın deyə mən də sildim gözlərimi dəsmala. Bəzən elə çox darıxıram ki sənsiz,dərin bir nəfəs alıb,başımı aşağı əyməyim qalır bir tək mənə. Saçlarım sığal yeri darıxır,dön gəl bircə ovuc sığal çək mənə...
Mənə Bir Boşqab Eşq, Bir Boşqab Təbəssüm, Bir
Stəkan da Sevinc Gözyaşı. Hesabı Sevgilim
Ödəyəcək
men olsem bele qebrimin ustune gelib gul qoyma ne olsun ki omrume 1 il qalib sen meni arxadan vurub getdin amma men sen deyilem seni sevirem deyib sonra arxadan vurub gedem men sevende omurluk sevirem olub getsem bele seni sevecem

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
562 548 545 512 492 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.