ÊLfidÂ

ÊLfid Sağlamlıq 24-01-2021, 10:00

ƏLLƏRİN TƏRLƏMƏSİ

ƏLLƏRİN TƏRLƏMƏSİ


Bütün işlərdə istifadə edilən orqan olan əllərin tərləməsi bir çox fəaliyyətə maneə törədə bilər.


Yaş əllərin yaratdığı anormal görünüşlə bərabər ən narahatedici vəziyyət əl təması və qucaqlaşmadır. Çünki yaş əli tutmaq insanlarda diksinmə hissi və əlini çəkmə duyğusu meydana gətirir. Əllərini yumaq və ya silmək istəyirlər. Bunun fərqinə varan xəstələr bundan narahat olurlar. Uzunqollu geyimlər geyinmirlər . Rəqs etməkdən, sevdiklərinin əlini tutmaqdan belə çəkinirlər.

Həddindən artıq tərləmənin səbəbləri nələrdir?

«Həddindən artıq tərləmə » olaraq bilinən hiperhidrozisin səbəbləri tam olaraq bilinməməklə yanaşı, ümumiyyətlə, genetik olduğu qəbul edilir. Hiperhidrozis bir növ tər vəzisinin həddindən artıq işindən və ya problemli olan bölgədə çoxlu miqdarda tapılmasından qaynaqlanır.

Bu cür tər vəzləri bədəndə ən çox əl, ayaq və qoltuqaltında var. Hiperhidrozisi olanlar çox tərləyirlər. Xüsusilə həddindən artıq stresli vəziyyətlərdə sinir sisteminin simpatik hissəsinin həddindən artıq işləməsi ilə tər ifrazatı artır. Hər 100 adamdan biri həddindən artıq tərləmədən əziyyət çəkir.

•Hipertiroidizm ( tiroid vəzinin çox işləməsi )

•İnfeksiya

•Pis xassəli şiş xəstəliyi

•Köklük

•Menopoz

•Diabet

•Psixiatrik xəstəliklər ola bilər.

Müalicə necə tətbiq olunur?

Tərləmənin müalicəsinə başlanmadan əvvəl bunun səbəbi mütləq araşdırılmalıdır. Tərləmə problemi olan insanların çəkisi, istifadə etdikləri dərmanlar, menopozda olub-olmadığı və endokrinoloji bir xəstəliyin varlığı ( tiroid və ya böyrək üstü vəzlərindən qaynaqlanan bilən xəctəliklər ) araşdırılmalıdır və müalicəyə bundan sonra başlanmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
416 470 397 449 386 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.