ParadiseSark

ParadiseSark özünü 🤔 fikirli hiss edir. Şeirlər 26-01-2021, 00:57

Gecə qonağı

Gecə qonağı

Gecələr ümid yerim, gecədir dərd ortağım,
Yenə də birlikdəyik - dörd divar, mən, otağım.
Gecə olub mən yenə bir küncə çəkilmişəm,
Seyr edirəm həsrətlə xəyalındır qonağım ..


♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡


Gedişinlə gündüzü qaranlığa çevirdin,
Sən getməyi sevirdin, mənsə səni sevirdim.
Sevmişdim mən sevgini, əllərini tutmağı,
Sevmişdim gülüşünlə dərdimi unutmağı..



♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Qoyub getdiyin yara ürəyimdə qurudu,
Mənə təsəlli verir bu gecənin sükutu.
Üstümə kölgə salıb ayrılığın buludu,
Getsən də kaş deyərdin - Səni necə unudum?



♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Onsuz da öyrəşmişəm gecələrlə dostluğa,
Mən artıq təkləşmişəm bu qaydanı kim poza?
Yenə gecə, yenə mən, yenə zülmət qaranlıq,
Kaş yanımda olaydın sarılaydım bir anlıq..


♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
Müəllif-ParadiseSark


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 524 373 468 467 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.