ÊLfidÂ

ÊLfid İslam Dini 26-01-2021, 08:00

İslamın ilk müharibəsi və ilk şəhidi

İslamın ilk müharibəsi və ilk şəhidi


Müharibə adəti üzrə, ilk öncə hər iki tərəfdən təkbətək qarşılaşacaq olanlar ortaya çıxmalıydı. Ancaq müşriklərdən ortaya çıxan Amir b. Hadremi, müharibə üsuluna müxalifət edərək, mücahitlərə doğru bir ox atdı. Ox, mühacir Müsəlmanlardan Mihca Həzrətlərinə dəydi və orada İslam ordusu ilk şəhidini verdi. Hz.Məhəmməd (s.a.s.), "Mihca, şəhidlərin əfəndisidir." buyurdu. Mihca Həzrətlərinin şəhadəti havayı birdən birə elektrikləndirdi. Bu sırada müşrik ordusundan, Rabiaoğulları Utbe və Şeybə ilə Utbenin oğlu Vəlid ortaya gələrək qarşılarına birilərini istədilər. Beni Neccar'dan Afra adında bəxtiyar İslam qadınının yeddi oğlunun yeddisidə Bədir'də idi. Onlardan ikisi, Muaz və Avf ilə Rəsulallahın şairi Abdullah b. Ravaha Həzrətləri onlara qarşı çıxdılar. Müşriklər, "Siz kimlərsiniz?" deyə soruşdular.
Onlar, "Biz ənsardan filan və filanıq" deyə cavab verdilər.
Müşriklər, "Bizim sizinlə işimiz yoxdu. Biz, Əbdülmüttəliboğullarından, əmilərimizin oğullarıyla savaşacayıq." dedilər. Sonra da Peyğəmbər Əfəndimizə xitabən "Ya Məhəmməd! Sən, bizim qarşımıza, qövmümüzdən birini çıxart!" dedilər. Bunun üzərinə Hz.Məhəmməd, (s.a.s.) ənsar gənclərinə geri dönmələrini əmr etdi və onlara dua etdi. Sonra da, "Qalx ya Ubeyde! Qalx ya Həmzə! Qalx ya Əli!" deyə əmr etdi. Rəsulallahdan əmr alan adı keçən 3 qəhrəman səhabə, qalxıb meydana çıxdılar. Miğfərli olduqları üçün Utbe onları tanıya bilmədi. "Özünüzü tanıdın, görək bizim qarşımıza çıxmağa layiqsiniz ya yox." deyə səsləndi. Üç qəhrəman səhabə ad və şöhrətlərini dediklərində, müşriklər, "Sizlə bizim qüvvələrimiz bərabərdir. Buyurun!" deyib qılınclarını çıxartdılar. Ubeyde b. Haris Utbe b. Rabia ilə, Hz.Həmzə Şeybə b. Rebia ilə, Hz.Əli isə Vəlid b. Utbe ilə qarşı qarşıya gəldi. Təkə tək vuruşma ildırım sürəti ilə başladı. Hamının gözü onlarda idi. Hz.Həmzə ilə Hz.Əli düşmanlarını asandlıqla öldürüb Hz.Ubeyde'nin yanına qaçdılar. Utbe'nin də işini bitirərək, Ubeyde Həzrətlərini alıb, Hz.Məhəmməd'in hüzuruna gətirdilər. Ayağından yaralı, qanlar içində olan Hz.Ubeyde, Peyğəmbər Əfəndimizin hüzuruna gəldiyində, "Ya Rəsulallah, mən şəhidəmmi?" deyə soruşdu. Rəsul-i Əkrəm, "Bəli, şəhidsən" buyurdu və yerinin Cənnətü'l-Firdevs olduğunu dedi. Bu xəbəri alan Ubeyde Həzrətləri, ayağının kəsilməsini görməzdən gəldi və məmnun olub, din-i İslam uğrunda çəkdiyi əzabdan ötrü üzülmədiyinə dair gözəl beyitlər oxudu. Yarası olduqca ağır olduğundan, Bədirdən dönərkən yolda vəfat etdi və oraya dəfn edildi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
804 717 644 649 720 733

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.