amon

amon Xəbərlər / Azərbaycan 1-03-2017, 22:58

"Azərbaycan torpağının bir qarışını belə güzəştə getməyəcək!"

"Azərbaycan torpağının bir qarışını belə güzəştə getməyəcək!"
 "Azərbaycan torpağının bir qarışını belə güzəştə getməyəcək!""Ermənistanın son günlərdə cəbhə xəttində təxribatlar törətməsinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaqdır".

Loading.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və Prezident İlham Əliyev tərəfindən aparılan prinsipal və qətiyyətli siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar da məcburdurlar ki, işğalçı Ermənistana və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyət daşıyan ATƏT-in Minsk qrupuna təsir etsinlər:

"Prezidentin bütün beynəlxalq təşkilatlarda cəsarətlə, qətiyyətlə bu məsələni qaldırması ermənilərdə narahatlıq yaradıb. Azərbaycanın mövqeyi hələ də konstruktivdir və hələ ki, münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Amma işğalçı Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirərək danışıqları pozmaq üçün təxribatlar törədir".

Deputat vurğulayıb ki, heç bir təxribat Azərbaycan dövlətini öz yolundan döndərə bilməz: "Dövlət başçısı dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
482 455 401 442 436 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.