Kül olsun hisslər..
Sevgidən yazılacaq bütün cümlələri yazdım sənin üçün. Qəlbdən gələn sözləri vərəqlərə düzdüm.. Adın keçən bütün əsərləri " Sən" adlandırdım. Buraxıb getdiyin o boşluğu xatirələrinlə doldurdum. Yeni tanışlarım oldu, yeni dostlarım oldu, gözəl günlər yaşadım səndən sonra. Ancaq heç kəs " Sən" olmadı..Gedişinlə ömrümə möhür vurdun. Ürək qapısı bağlandı. Unutmaram, etmərəm, getmərəm, ağlatmaram və bu kimi neçə inkar sözləri buraxdın yaddaşımda. Verdiyin vədləri sən kül etdin, sənə aid əzbərlədiyim nə vardısa, mən də kül etdim xəbərin olsun. Getməyi seçdin, qalmağın üçün təkid etmədim. Sənə son sözüm " Yolun açıq olsun".






