Gulusum

Gulusum Xəbərlər 26-01-2021, 19:21

Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək

Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

Loading.az xəbər verir ki, iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib.
Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 319 296 315 297 268

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.