ice berg

ice berg Hekayələr 27-01-2021, 17:00

Professor və at baxıcısı..

Professor və at baxıcısı..
Bir professor konfrans vermək üzrə salona girmiş. Amma baxmış ki salonda, qabaq sırada oturan at baxıcısından başqa adam yoxdur. Danışıb danışmama mövzusunda tərəddüdə düşən professor at baxıcısından soruşmuş:
-Buradakı tək adam sənsən. Sənə görə danışmalıyam, yoxsa danışmamalıyam? At baxıcısı cavab vermiş: -Müəllim mən sadə bir insanam, bu mövzulardan anlamam. Lakin axıra gəlsəydim və bütün atların qaçıb bir dənəsinin tək qaldığını görsəydim, yenə də onu bəsləyərdim.
Bu sözlərə haqq verən professor konfransa başlamış. İki saat danışmış dayanmış, konfransdan sonra da özünü xoşbəxt hiss etmiş, dinləyicisinin də konfransın çox yaxşı olduğunu təsdiqlənməsini istəyərək soruşmuş: -Danışmam necə idi? At baxıcısı cavab vermiş:
-Müəllim sənə daha əvvəl sadə bir adam olduğumu və bu mövzulardan çox anlamadığımı söyləmişdim. Yenə də əgər axıra gəlir, biri xaricində bütün atların qaçdığını görsəydim, onu bəsləyərdim; amma əlimdəki bütün yemi ona verib də heyvanı çatlatmazdım. «Nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir.»

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 464 415 471 462 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.